AZ

Ölkədə uşaqların sayı niyə azalır? Səbəblər və çıxış yolu

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Təəssüflər olsun ki, bu qədər maarifləndirmə aparılmasına baxmayaraq, oğlan uşaqlarının sayı qız uşaqlarının sayından çoxdur. Ailələr sosial şəbəkələrdə baş verən, yaxud da qadınların ünvanına söylənilən müxtəlif fikirlərlə bağlı qız uşaqlarının dünyaya gəlməsindən narahatçılıq keçirir. Ailələr düşünür ki, uşaqlarını belə bir mühitdə böyüdə bilməyəcəklər".

Bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. 

O, pandemiyadan sonra uşaqların sayında azalma müşahidə olunduğunu bildirib: 

"Öğlan uşaqları ilə bağlı vəziyyət olduğu kimi qalır. Bir az da karyera, müəyyən mənada kapitalın olması ən vacib şərtlərdən biridir. Amma uşaqların sayının azalmasının səbəbi əhalinin sosial durumu, imkanları, digər tərəfdən tərəflərin hər ikisinin işləməsi, uşağın təlim-tərbiyyəsi üçün əlavə xərclərin ortaya çıxması, bağçaların olmaması və s. bir-biri ilə bağlı olan məsələlərdir. Uşaq bağçalarında onlara qarşı baş verən hadisələr, şəkillər, videolar uşağın dünyaya gəlməsinə əngəl törədən amildir".

Sədrin fikirincə, uşağın böyüməsinə sərf edilən xərclərin hesablanması ailələrin bir uşaqla kifayətlənməsinə gətirir:

"Xərcləri hesablayırlar. Bir qismi münasibətləri formalaşdırmağa çalışır ki, sonra mübahisələrdən uzaq olsun. Kimi aliment ödəmək istəmir, kimi uşağın təlim-tərbiyyəsi üçün iş yerini itirməlidir, kiminin də evi yoxdur və s. Ailələr üçün sosial paketlərin olması çox vacibdir".

Sədr sağlam ailə münasibətlərində kifayət qədər öhdəlik və məsuliyyətin olduğunu xatırladıb:

"Əvvəlki nənə-baba dəstək proqramı olaydı vəziyyət ayrı cür olardı. Bu günsə nənə-baba da işləyir. Onlar da iş yerlərini itirmək  istəmirlər. Bu səbəbdən də əksər ailələr bir uşaqla kifayətlənməli olur"

Qeyd edək ki, 2025-cı ilin yanvar-iyul aylarında yeni doğulan uşaqların statistikası açıqlanıb. Bu müddətdə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 54898 doğulan yeni körpə qeydə alınıb. 

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
qaynarinfo.az

1Mənbələr