AZ

Arvadını bıçaqlayan kişi saxlanıldı

Beyləqan rayonunda 32 yaşlı qadın bıçaqlanıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Rəsulzadə küçəsindəki mənzillərdən birində baş verib. Rayon sakini, 1993-cü il təvəllüdlü Ülviyyə Rövşən qızı Mahmudlu qolundan bıçaq xəsarəti ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin həyat yoldaşı Orxan Mahmudlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
1
axar.az

2Mənbələr