AZ

Mourinyo ilə bağlı rəsmi açıqlama yaydı - “Qarabağ”a uduzan məşhur klub

“Benfika” rəsmi saytında açıqlama yayaraq, Joze Mourinyo ilə danışıqlar apardıqlarını təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, Lissabon klubunun yaydığ rəsmi bəyanatda deyilir:

“Hazırda Joze Mourinyo ilə baş məşqçi kimi təyinatı barədə danışıqlar gedir. Prosesin yaxın vaxtlarda yekunlaşacağı gözlənilir”.

UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda “Benfika” “Qarabağ”la oyunda erkən iki qol vursa da, nəticədə evdə 2:3 hesabı ilə uduzub. Matçdan sonra klub baş məşqçi Bruno Laje ilə yollarını ayırıb.

Mourinyonun isə işsiz günləri çox çəkməyib. O, yayda “Fənərbaxça”dan istefaya göndərilmişdi.

Seçilən
19
sportinfo.az

1Mənbələr