AZ

Azərbaycanda 78 yaşlı şəxs peşə məktəbinə qəbul olub

İyulun 22-dən sentyabrın 13-dək 2025/2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə 27 min 21 nəfərin tələbə qəbul olub.

Sitat.info xəbər verir ki,Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, qəbul olunan tələbələrin 84 faizi dövlət sifarişi əsasında, 16 faizi isə ödənişli əsaslarla təhsil almağa başlayıb.

 

2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə aparılıb. Bu il peşə təhsili müəssisələrinə qəbul olunanların 39 faizini qadınlar təşkil edir. Müraciət edənlərin orta yaşı 21, ən aşağı yaş 13, ən yüksək yaş isə 78 olub. Dual peşə təhsili proqramı üzrə 1777 nəfər, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə 2590 nəfər qəbul olunub. Həmçinin 65 nəfər ali təhsilli, 298 nəfər orta ixtisas təhsilli şəxs, 84 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub.

Seçilən
31
15
sitat.info

10Mənbələr