AZ

Komitə sədri Beynəlxalq Siyasət Akademiyasının icraçı direktoru ilə görüşüb

BAKI, 18 sentyabr. TELEQRAF

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 18-də Almaniya Federativ Respublikasının Şimali Reyn-Vestfaliya Beynəlxalq Siyasət Akademiyasının icraçı direktoru Mayssoun Zein Al Dinlə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə dini təhsil sahəsində əməkdaşlıq imkanları, mədəniyyətlər və dinlər arasında dialoqun təşviqi məsələləri müzakirə olunub.

Komitə sədri Ramin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təmin edilməsi və multikultural dəyərlərin qorunması sahəsində həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycanda 2000-dən çox məscid, 16 kilsə və 7 sinaqoq var. Ölkəmizdə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən dini ocaqların və maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır. R.Məmmədov Azərbaycanın beynəlxalq platformalarda dinlərarası dialoq və əməkdaşlığın inkişafı ilə bağlı təşəbbüsləri haqqında faktları diqqətə çatdırıb.

Mayssoun Zein Al Din Azərbaycanda mövcud dini-mənəvi mühit və dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində görülən işlərin yüksək qiymətləndirildiyini bildirib. Dövlət tərəfindən mütəmadi olaraq dini qurumlara maliyyə yardımı göstərilməsini müsbət ənənə kimi dəyərləndirən qonaq ölkəmizin multikulturalizm modelinin təşviqinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Seçilən
6
3
teleqraf.com

5Mənbələr