AZ

Biləsuvarda “Mercedes” aşdı Xəsarət alanlar var

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Biləsuvar rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün axşama doğru Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəzada Cəlilabad rayonunun Uzuntəpə kənd sakinləri 1963-ci il təvəllüdlü Abbasov Elalim Əhəd oğlu, 1980-cı il təvəllüdlü Əliyev Azad Vaqif oğlu və 1972-ci il təvəllüdlü Abbasov Zeynal Əhəd oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
7
qafqazinfo.az

9Mənbələr