AZ

Dohaya hücumdan sonra Səudiyyə Ərəbistanı ABŞ-a etimad etmir –WSJ

Səudiyyə Ərəbistanı artıq təhlükəsizlik üçün ABŞ-a bel bağlamır və yeni ittifaqlar axtarır.

Musavat.com xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə Pakistan arasında qarşılıqlı strateji müdafiə sazişinin imzalanmasından sonra “The Wall Street Journal” bu qənaətə gəlib.

Qəzet hesab edir ki, Səudiyyə Ərəbistanı ilə Pakistan arasında yeni razılaşma regionda qüvvələr balansını dəyişə bilər və ABŞ-ın Yaxın Şərqdəki uzunmüddətli tərəfdaşının milli təhlükəsizlik baxımından Vaşinqtondan asılılığını aradan qaldırmaq istədiyini göstərir. O qeyd edir ki, Ər-Riyad və İslamabad arasında razılaşma İsrailin Dohada Fələstinin HƏMAS hərəkatının yüksək rütbəli üzvlərinə zərbə endirməsindən bir həftə sonra elan edilib. Qəzet yazır ki, nəticədə ABŞ-ın İsraili Yaxın Şərqin İrana qarşı çəkindirmə mexanizminə inteqrasiya etmək planları pozulub.

Qeyd edək ki, iki gün əvvəl Pakistan və Səudiyyə Ərəbistanı qarşılıqlı strateji müdafiə sazişi imzalayıblar. Ona əsasən, tərəflərdən hər hansı birinə hücum "hər ikisinə qarşı təcavüz" sayılacaq. Saziş həmçinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişafına yönəlib. Sənədi Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman Əl Səud və Pakistan hökumətinin başçısı Şahbaz Şərif imzalayıb. 

Musavat.com

Seçilən
30
1
musavat.com

7Mənbələr