AZ

Tramp Tayvana 400 milyon dollarlıq hərbi yardımın qarşısını alıb

ABŞ prezidenti Donald Tramp Tayvana 400 milyon dollar hərbi yardımın qarşısını almağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə "Washington Post" mənbələrə istinadən yazır. 

Nəşrin yazdığına görə, Amerika liderinin bu qərarı onun Çin lideri Si Cinpinlə potensial sammitdə ticarət razılaşması əldə etmək istəyi ilə bağlıdır. Mənbələr qeyd ediblər ki, qərar geri qaytarıla bilər, lakin bu, adaya münasibətdə “ABŞ siyasətində dönüşün” siqnalı olacaq.

Tayvanın  Vaşinqtondakı qeyri-rəsmi səfirliyi hadisə ilə bağlı şərh verməkdən imtina edib.

Seçilən
45
unikal.az

1Mənbələr