AZ

ABŞ-də edam sayı rekord həddə çatdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin Florida ştatında 1990-cı ildə üç nəfəri öldürməyə görə məhkum edilmiş 63 yaşlı Devid Pittmen edam olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yayıb.
Bildirilib ki, Pittmenin edamı ştatda 2025-ci ilin əvvəlindən bəri həyata keçirilən 12-ci edamdır. Bu göstərici, 1976-cı ildə ölüm hökmü bərpa edildikdən sonra Florida üçün rekord sayılır.
Ümumilikdə, ABŞ-də ilin əvvəlindən indiyədək 31 nəfər edam edilib. Müqayisə üçün, 2024-cü ildə 25, 2023-cü ildə isə 24 nəfər edam edilmişdi. ABŞ-də məhkumların ən çox edam olunduğu il isə 1999-cu il olub - həmin vaxt 98 nəfərin edamı həyata keçirilib.
Məlumata görə, cari ilin payızında Floridada daha iki edamın keçirilməsi planlaşdırılır.
Seçilən
54
50
oxu.az

10Mənbələr