AZ

Şarl Lekler: “Bakı trekində əyləc xüsusi fədakarlıq tələb edir”

“Ferrari” pilotu Şarl Lekler Bakı şəhər trasının onun üslubuna uyğun olduğunu bildirib.

İdman.biz xəbər verir ki, 27 yaşlı pilot "Motorsport"a açıqlamasında şəhər treklərində həmişə güclü olduğunu vurğulayıb.

Şarl bildirib ki, kağız üzərində favorit olmasalar da, Bakıda dəfələrlə podiuma yüksəliblər: "Bu trek mənim üçün çox uyğundur. Şəhər traslarında həmişə özümü güclü hiss etmişəm. Amma Bakıda əyləc xüsusi fədakarlıq tələb edir. Təkərlərin cüzi kilidlənməsi belə hər şeyi məhv edə bilər. Bu risk və adrenalin məni həqiqətən həyəcanlandırır”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi bu gün start götürür və yarış sentyabrın 21-də başa çatacaq.

İdman.biz

Seçilən
8
2
idman.biz

3Mənbələr