AZ

Okan Buruk: Bu cür məğlubiyyətlər baş məşqçinin məsuliyyətidir

Qol.az saytına istinadən ain.az xəbər verir.

Ötən gecə "Qalatasaray" Çempionlar Liqasınının Liqa mərhələsinin ilk turunda səfərdə "Ayntraxt Frankfurt"a 1:5 hesabı ilə uduzub.

QOL.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk görüşdən sonra TRT Spor-a açıqlama verib:

"1:0-dan sonra inanılmaz rahat oyun oynayırdıq. İkinci qolu da asanlıqla tapa bilərdik. İtaliyalı hakimin bir çox qərarı əleyhimizə oldu. İlk hissədə 3:0 və ya 4:1 hesabı ilə fasiləyə gedəcəyimiz oyunda əksinə, 1:3 geri düşdük. Futbolçularımla danışdıq, matçı çox tez buraxdıq. 1:3-dən sonra mental olaraq oyunu buraxdıq. Şanssız qollar buraxdıq. Rəqibin 1,16 qol gözləməsindən 5 qol buraxmağımız da bunu göstərir.

İlk hissə ilə ikinci hissə arasındakı oyunu qəbul etməli deyilik. Səfərdə göstərdiyimiz oyun bu nəticəyə uyğun deyildi. Təbii ki, məsuliyyət mənim üzərimdədir. Bu cür məğlubiyyətlər baş məşqçiyə aiddir. İlk hissədə doğru etdiyimiz məqamlar var idi. Daha yaxşısını edəcəyik. Şanssız oyun keçirdik. Amma hər kəs əmin olsun ki, 36 komandadan ibarət Liqa mərhələsində ilk 24-ə qalacağıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
4
qol.az

5Mənbələr