AZ

ATU da yeni laboratoriya və ixtisaslaşmış auditoriya istifadəyə verilib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Gəncə, 19 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Texnologiya Universitetində (ATU) yeni ixtisaslaşmış auditoriya və laboratoriyanın açılışı olub.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ATU-nun rektoru, dosent Yaşar Ömərov yeni tədris otaqları ilə tanışlıq zamanı bildirib ki, yeni laboratoriya və auditoriyaların yaradılması tələbələrin praktik hazırlıqlarının gücləndirilməsinə, bilik və bacarıqlarının artırılmasına imkan verəcək.

BP şirkətinin dəstəyi ilə istifadəyə verilən, Avtomatika və informasiya texnologiyaları kafedrasının nəzdində fəaliyyət göstərəcək laboratoriya iki hissədən ibarətdir. Laboratoriyanın bir hissəsi 12 kompüter, köməkçi heyət üçün nəzərdə tutulan digər hissəsi isə 5 kompüterlə təchiz edilib. Hər iki otaq müasir mebel avadanlıqları ilə tam təmin olunub.

Açılışı olan digər otaq isə “Coca-Cola” şirkətinin dəstəyi ilə ərsəyə gəlib. Qida mühəndisliyi və ekspertiza kafedrasının nəzdində fəaliyyət göstərəcək auditoriya 15 noutbuk və zəruri avadanlıqlarla təchiz edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
2
azertag.az

3Mənbələr