AZ

Bakıda Ford yük maşınına çırpıldı, sürücü öldü

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində, "Rahat" supermarketin qarşısında qeydə alınıb.

60 yaşlı Cəlilov Səməndər Lətif oğlu idarə etdiyi “Ford Transit” markalı yük avtomobili Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən marketin qarşısında dayanan Abbasov Elman Cəbrayıl oğlunun idarə etdiyi “HOWO” markalı yük avtomobilinə arxadan çırpılıb. Nəticədə S. Cəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
lent.az

2Mənbələr