AZ

Azərbaycan Qırğızıstan İnkişaf Fondu Eldik Bank ilə memorandum imzalayıb

Marja.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu (AQİF) Qırğızıstana məxsus "Eldik Bank" ilə investisiya layihələrinin həyata keçirilməsinə yönəlmiş əməkdaşlıq memorandumu imzalayıb.

Bu barədə Qırğızıstan KİV-i xəbər verir.

Sənədi AQİF-in İdarə Heyətinin həmsədrləri İqbal Babayev, Zamirbek Osmonov və "Eldik Bank" İdarə Heyəti sədrinin birinci müavini Akılbek Turdaliyev imzalayıblar.

Tərəflər Azərbaycan və Qırğızıstan üçün qarşılıqlı maraq doğuran investisiya layihələrinin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.

Bundan əlavə, sahibkarlığın inkişafına, iqtisadiyyatın modernləşdirilməsinə və ikitərəfli əməkdaşlıq potensialından istifadəyə xüsusi diqqət yönəldiləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
marja.az

2Mənbələr