AZ

Beyrut limanındakı partlayışın araşdırılması yenidən gündəmdədir

Livan ədliyyə naziri Adəl Nəsər bildirib ki, uzun müddət tıxanmış vəziyyətdə olan genişmiqyaslı partlayış istintaqı “ciddi və sürətli” irəliləyiş əldə edib...

Poliqon xəbər verir ki, 2020-ci ildə Beyrut limanında baş verən partlayışın istintaqı, Bolqarıstanda saxlanılan İqor Qreçuşkinin ekstradisiyası ilə sürət qazanıb. Məhz Qreçuşkinin gəmisi Livana kimyəvi maddələr gətirmiş və partlayışa səbəb olmuşdu.

Qreçuşkin 5 sentyabr tarixində Kiprdən Bolqarıstana gələn zaman həbs olunub. O həm rus vətəndaşlığına, həm də Kipr pasportuna malikdir.

Nəsər əlavə edib ki, Livan Qreçuşkinin ekstradisiyası üçün bütün tədbirləri görəcək. Qreçuşkin həmin gəmini icarəyə götürmüş və təxminən 3000 ton ammonium nitratını Beyrut limanına gətirmişdi. Yük burada boşaldılmış, anbara yığılandan sonra partlayışa səbəb olmuşdu.

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr