AZ

Şair Əlisəmid Kürün vəziyyəti açıqlanıb

Şair
Şair Əlisəmid Kür (Cəfərli) 18.09.2025-ci il tarixində saat 19:30 radələrində özəl tibb müəssisəsindən Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə təxliyə olunub. 1news.az APA-ya istinadən xəbərinə görə, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, qaraciyər və böyrək çatışmazlığı diaqnozu təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Qeyd edək ki, Əlisəmid Kürün səhhəti sentyabrın 15-i pisləşib, o, Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib. Hazırda şairin müalicəsi Respublika Klinik xəstəxanasında davam etdirilir.

Seçilən
58
7
1news.az

9Mənbələr