AZ

Talibanda qadın müəlliflərin kitablarına qadağa


Taliban hökuməti Əfqanıstanda qadınların yazdığı bütün kitabları universitet kurikulumlarından çıxarıb və bir sıra humanitar fənlərin tədrisini qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Məlumata görə, 680 kitab, o cümlədən qadınların yazdığı təxminən 140 kitab “şəriətə və Talibanın siyasətinə zidd” hesab edilərək universitetlərin tədris sistemindən çıxarılıb.
Bunlara təkcə ictimai-siyasi mətnlər deyil, həm də “Kimya laboratoriyasında təhlükəsizlik” kimi akademik əsərlər daxildir.
Bundan əlavə, universitetlərdə gender tədqiqatları, qadın sosiologiyası, kommunikasiyalar və insan hüquqları daxil olmaqla 18 fənnin tədrisi qadağan edilib.
Taliban Ali Təhsil Nazirliyinin akademik departamentinin rəis müavini Ziaur Rəhman Ayub bildirib ki, bu qərar din alimləri və ekspertlər şurası tərəfindən verilib.
Seçilən
56
2
yeniavaz.com

3Mənbələr