AZ

Yeniyetmələr arasında cinayət hallarının qarşısını necə alaq?

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Tez-tez rastlaşdığımız hallardan biri də bölgələrdə, rayonlarda və paytaxt Bakıda yeniyetmələr arasında cinayət hadisələrinin baş verməsidir.

Bunun səbəbi nədir və qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Bu suallar tez-tez gündəmə gəlir.

Doğrusu araşdırmalar, tədqiqatlar da bu suala hələ də cavab axtarır.

Tədqiqatçılar isə deyir ki, yeniyetmələrin və gənclərin cinayət törətməsinin bir nömrəli səbəbi ailə mühitidir.

Hər bir yeniyetmə bir ailədən gəlir və ailədəki münaqişələr, ata-ana arasında söz-söhbətlər, qarşılıqlı təhqirlər uşağın psixologiyasına birbaşa təsir göstərir.

Aparılan tədqiqatlara görə, hətta uşaq yalnız 6 aylıq olarkən belə, valideynlərin bir-birinə qarşı aqressiv davranışı və mübahisələri onun psixoloji inkişafına mənfi təsir edir.

Bu səbəbdən ailə mühitinin sağlam olması və valideynlərin uşaqlara diqqət göstərməsi son dərəcə vacibdir.

Şəbnəm 

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
74
icma.az

1Mənbələr