AZ

“Dövlət suverenliyinin tam bərpası əməliyyatı 8 Noyabr zəfərindən sonra ən böyük uğurumuzdur”

“2023-cü ilin 19-20 sentyabr tarixlərini əhatə edən dövlət suverenliyinin tam bərpası əməliyyatı xalqımızın, dövlətimizin 8 Noyabr zəfərindən sonra əldə etdiyi ən böyük uğur, ən böyük nailiyyətdir”.

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu əməliyyat suverenliyimizi bərpa etməklə yanaşı, bölgədəki separatizmə də son qoydu:

“2023-cü ilin dövlət suverenliyinin tam bərpası əməliyyatı həm hərbi, həm də siyasi nəticələrinə görə olduqca unikal və təkrarsızdır. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirdiyi bu əməliyyat nəticəsində respublikamızın suverenliyi bərpa olundu. Bölgədə uzun müddətdir ki, mövcud olan separatizmə son qoyuldu. Bu, Azərbaycan dövləti, Azərbaycan xalqı adına ikiqat uğur, ikiqat nailiyyət oldu.

Bu gün suverenliytimizin tam bərpasından iki il ötür. Hazırda respublikamızın hər bir guşəsində Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanır. Vaxtiylə xalqımıza qarşı ağır cinayətlər törədən erməni separatçıları bu gün Bakı Hərbi Məhkəməsində törətdikləri qanlı əməllərə görə cavab verməkdədirlər. Onlar xalqımıza qarşı törətdikləri cinayətləri bütün dünyanın gözləri qarşısında etiraf edirlər. Bütün bunlar dövlətimizin gücünün, Prezidentimizin qətiyyətimizin isbatıdır.

Mən 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə bütün veteranlar adından xalqımızı təbrik edir, hər bir vətəndaşı bundan sonra da dövlətimiz, prezidentimiz ətrafında sıx birləşməyə çağırıram. Unutmamalıyıq ki, gələcək uğurlarımızın açarı birliyimiz, həmrəyliyimizdir”.

Seymur ƏLİYEV

Seçilən
16
3
moderator.az

5Mənbələr