AZ

Magistraturada əlavə müsabiqə nəticəsində 804 tələbə dövlət sifarişli yer qazanıb

Dogru.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üzrə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər boş qalıb.

Doğru.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ödənişli əsaslarla qəbul olunmuş bakalavrlar arasında topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib. Əlavə müsabiqənin nəticələrinə əsasən 804 tələbə ödənişsiz təhsil almaq hüququ qazanıb. Həmin tələbələrin siyahısı ali təhsil müəssisələrinə göndərilib və mobil telefon nömrələrinə məlumat verilib.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
17
dogru.az

10Mənbələr