AZ

Putinin “hərbçilərə yüksək vəzifə verilməlidir” fikri KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, “xüsusi hərbi əməliyyat” (Ukraynadakı müharibə – red.) iştirakçıları rəhbər vəzifələrə yüksəldilməlidir, çünki onlar ölkəyə xidmətdə heç nədən çəkinmirlər. Bu açıqlama Azərbaycanda da maraqla qarşılanıb. Bəs, ölkəmizdə hərbi əməliyyatlarda iştirak edən şəxslərin rəhbər postlara gətirilməsi praktikası tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Ədalət Verdiyev Putinin çıxışının daha çox Ukrayna ilə bağlı siyasi məqam daşıdığını vurğulayıb:

“Putinin bu bəyanatı Ukraynada müharibədə iştirak edən şəxslərin Zelenskinin ətrafında hakimiyyətə gətirilməsi ilə onların arasında fikir ayrılığına nail olmaq məqsədini güdür. Əgər xüsusi əməliyyatlarda iştirak edən yüksək vəzifəli hərbiçiləri siyasi vəzifələrə gətirmək doğrudursa, o zaman Putin niyə özü bu addımı atmır?” – ekspert qeyd edib.

Ədalət Verdiyevin sözlərinə görə, müharibələrdə iştirak edən yüksək rütbəli hərbçilərin təcrübələri daha çox təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil, müdafiə sənayesi və hərbi elmi mərkəzlər kimi qurumlarda faydalı ola bilər:

“Azərbaycan praktikasında biz yüksək rütbəli hərbçiləri daha çox təhlükəsizlik sahəsində görürük. Siyasi idarəetmə məsələləri ilə siyasətçilərin məşğul olması daha doğrudur”, – deyə ekspert əlavə edib.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
1
konkret.az

2Mənbələr