AZ

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkmənistanda yataqların işlənilməsi layihələrinə maraq göstərib.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Türkmənistanın Avaza şəhərində keçirilən Türkmənistan İnvestisiya Forumunda (TIF 2025) çıxışı zamanı bildirib.

Nazir müavini elektroenergetika sahəsində əməkdaşlığın perspektivli olduğunu vurğulayaraq, Azərbaycanın türkmən elektrik enerjisinin tranzitini təmin etməyə hazır olduğunu qeyd edib. Onun sözlərinə görə, tərəflər Mərkəzi Asiyanın "yaşıl enerji"sini Avropa bazarlarına birgə çıxarmaq imkanlarını nəzərdən keçirirlər.

© "Report"

SOCAR Azərbaycan Dövlət Neft Şirkəti Türkmənistan yataqların işlənilməsi Sahib Ələkbərov Türkmənistan İnvestisiya Forumu TIF 2025 Avaza elektroenergetika əməkdaşlıq elektrik enerjisi tranziti Mərkəzi Asiya yaşıl enerji Avropa bazarı enerji layihələri
Seçilən
33
marja.az

1Mənbələr