AZ

Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar

ain.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yeni qərar qəbul edib.

Marja xəbər verir ki, Qərar ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu, Çaykənd Qızılbalıqartırma Zavodu, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı, Tovuz Balıqartırma Təsərrüfatı və “Xıllı balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. 

Beləliklə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi”nin tabeliyindəki qurumlar aşağıdakılardır:

- Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu;

-  Çaykənd Qızılbalıqartırma Zavodu;

-  Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı;

- Tovuz Balıqartırma Təsərrüfatı;

- “Xıllı balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
32
marja.az

10Mənbələr