AZ

Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar

Azərbaycan Respublikasının Nazirlər Kabineti yeni qərar qəbul edib.

Marja xəbər verir ki, Qərar ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu, Çaykənd Qızılbalıqartırma Zavodu, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı, Tovuz Balıqartırma Təsərrüfatı və “Xıllı balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. 

Beləliklə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi”nin tabeliyindəki qurumlar aşağıdakılardır:

- Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu;

-  Çaykənd Qızılbalıqartırma Zavodu;

-  Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı;

- Tovuz Balıqartırma Təsərrüfatı;

- “Xıllı balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Nazirlər Kabineti qərar Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Balıqçılıq və Akvakultura Mərkəzi Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu Çaykənd Qızılbalıqartırma Zavodu Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı Tovuz Balıqartırma Təsərrüfatı Xıllı balıq MMC ştat vahidləri əmlak tabeliyin dəyişdirilməsi
Seçilən
18
29
marja.az

10Mənbələr