Suriya iqtisadiyyatının təhlükəsiz və sabit şəkildə beynəlxalq maliyyə sisteminə yenidən qoşulması mexanizmlərini müzakirə edir.
Xezerxeber.az yerli SANA agentliyinə istinadla bildirir ki, bu məsələ Suriya xarici işlər naziri Əsad Həsən əş-Şeybaninin ABŞ Maliyyə Nazirliyində keçirdiyi görüşlərdə müzakirə edilib.
Bildirilib ki, Suriya iqtisadiyyatının beynəlxalq maliyyə sisteminə qayıdışı terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə, ölkə iqtisadiyyatının əsaslarının sabitləşməsinə gətirib çıxaracaq.