AZ

“Kızılcık Şerbeti” kanal dəyişir? – Açıqlama

İstanbulda Can Holdinqə qarşı aparılan istintaq çərçivəsində “cinayət təşkilatı qurmaq”, “vergi qaçaqçılığı”, “dələduzluq” və “çirkli pulların yuyulması” ittihamları ilə 121 şirkətin əmlakına həbs qoyulub. Sözügedən qurumların idarəçiliyi TMSF-yə (Tasarruf Mevduatı Sigorta Fonu) təhvil verilib. Bu şirkətlər arasında Habertürk, Show TV, Bloomberg HT və HT Spor da yer alır.

Bu əməliyyatdan sonra reytinq rekordları qıran və Show TV-də yayımlanan “Kızılcık Şerbeti” serialının gələcəyi sual altında qalmışdı. Bu gün dördüncü mövsümünün başlaması gözlənilən serialla bağlı prodüser Faruk Turgut açıqlama verib.

Kulis.az xəbər verir ki, prodüser yayım kanalında heç bir dəyişikliyin olmayacağını, serialın eyni gün və eyni saatda Show TV-də yayımlanmağa davam edəcəyini bildirib.

Qeyd olunub ki, təxminən üç həftə əvvəl başlayan çəkilişlər planlaşdırılan qrafikə uyğun şəkildə davam edir. Kanal rəhbərliyi ilə mövzu barədə danışdıqlarını vurğulayan Turgut, onları narahat edən hər hansı bir vəziyyət olmadığını qeyd edib.

Beləliklə, “Kızılcık Şerbeti” serialının dördüncü mövsümünün ilk bölümü bu axşam Show TV ekranlarında yayımlanacaq. Lent.az

Seçilən
21
1
kulis.az

2Mənbələr