AZ

Belçika parlamenti İran səfirini güneyli alimin vəziyyəti ilə bağlı izahat verməyə çağırıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Belçika Parlamentinin Xarici Siyasət Komitəsi İran səfirini edama məhkum edilmiş İran-İsveç vətəndaşı, güneyli həkim və tədqiqatçı Əhmədrza Cəlalinin vəziyyəti ilə bağlı parlamentə çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Cəlali doqquz ildən artıqdır ki, İranda həbsdə saxlanılır. Son üç ayda isə onun ailəsi ilə heç bir əlaqəsi olmayıb və alimin taleyi barədə məlumat verilməyib.
Onun həyat yoldaşı Vida Mehranniyanın sözlərinə görə, parlament rəhbərliyi ilə keçirilən görüşdən sonra komitə üzvləri yekdilliklə İran səfirindən izahat tələb etmək qərarına gəliblər. Xanım Mehranniya bildirib ki, üç ay sürən səssizlik və məlumatsızlıq ailənin narahatlığını daha da artırıb.
Qeyd edək ki, Əhmədrza Cəlali Brüssel Azad Universitetinə bağlı böhran təbabəti üzrə mütəxəssis kimi çalışıb. İyunun 23-də İsrailin Tehrandakı Evin həbsxanasına endirdiyi zərbədən sonra Cəlali və bir sıra digər məhbuslar başqa həbsxanalara köçürülüblər.
Seçilən
42
1
oxu.az

2Mənbələr