Hərbi Prokurorluqda yeni kadr təyinatı olub. Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev vəzifəsindən azad olunub.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, hərbi prokuror Bəhruz Əhmədov bununla bağlı əmr imzalayıb.
Bu vəzifəyə ədliyyə müşaviri Samir Əzimzadə təyin olunub.