AZ

"Hər şeyi blokla" - Eyfel qülləsi bağlandı

Hurriyyet.az xəbər verir ki, Parisdə kütləvi etirazlar fonunda ümummilli tətil səbəbindən sentyabrın 18-dən bəri Eyfel qülləsi bağlanıb.

Fransa DİN-in məlumatına görə, ölkə boyunca 230 etiraz aksiyası keçirilib, 95 obyekt bağlanıb. Lionda etirazçılarla polis arasında toqquşma olub, 99 nəfər saxlanılıb, onlardan 15 nəfəri Parisdə həbs edilib.

Həmkarlar ittifaqları tətildə 400 min nəfərin, hakimiyyət tənsilçiləri isə 200 min nəfərə yaxın şəxsin iştirak etdiyini bəyan ediblər. Proqnozlara görə, ümumilikdə 900 min nəfərə yaxın vətəndaş meydanlara axışıb - onlardan 50-100 mininin Paris sakinləri olduğu bildirilir.

"Hər şeyi blokla" şüarı altında keçirilən etiraz aksiyaları keçmiş Baş naziri Fransua Bayrunun təşəbbüskarı olduğu sərt iqtisadi planlarla əlaqədar başlanıb. Bayru sentyabrın 9-da istefa verib, onu əvvəl müdafiə naziri olmuş Sebastyan Lekornyu əvəz edib.

Hürr Tərcüman

 

Seçilən
102
hurriyyet.az

1Mənbələr