AZ

Maduro: ABŞ Venesuelada rejim dəyişikliyi planlaşdırır

ABŞ-ın Venesuelada marionet rejim qurmağı planlaşdırdığını bildirən Maduro Venesuelanın güclü dövləti və qətiyyətli xalqı olduğunu qeyd edib.

Editor.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro milli televiziyada çıxışında bunu deyib. ABŞ ölkədə “kukla rejim” qurmağa və “dünyanın ən böyük neft, təbii qaz və qızıl ehtiyatlarını” oğurlamağa çalışır.
Maduro Venesuelanın bu planlara müqavimət göstərəcək güclü dövləti, güclü hökuməti və qətiyyətli xalqı olduğunu bildirib.

Maduro Venesuela silahlı qüvvələrinin hazırda Venesuelanın ərazi sularında “Karib hövzəsi Suverenliyi 200” adlı üç günlük təlim keçirdiyini qeyd edərək ABŞ-ın Karib hövzəsinə “döyüş gəmiləri və nüvə sualtı qayığı” göndərdiyini, Venesuelanı narkotik kartellərinə yardım etməkdə yalandan ittiham etdiyini qeyd edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
48
editor.az

1Mənbələr