AZ

Basketbol əfsanəsi sevənlərini kədərləndirdi: "Gücüm tükənib"

Dördqat NBA çempionu Lebron Ceyms tezliklə peşəkar karyerasını başa vuracağını açıqlayıb.

İdman.biz ESPN-ə istinadən xəbər verir ki, dekabrın 30-da 41 yaşı tamam olan basketbolçu artıq əvvəlki gücündə olmadığını etiraf edib:

“Daha 23 il oynamaq istəmirəm, bu dəqiqdir. Hər şeyin bitəcəyi o ana hazırlaşıram, amma hələ çatmamışam. Karyeramın yekunlaşmasına az qalıb”.

Ceyms növbəti mövsümdə 23-cü dəfə NBA-da iştirak etməklə Vins Karterin rekordunu qıracaq.

Qeyd edək ki, ötən mövsüm o, 20 yaşlı oğlu Bronni ilə birlikdə “Leykers”in heyətində çıxış edərək NBA tarixində ilk ata-oğul dueti olub. 2018-ci ildən “Leykers”də forma geyinən Lebron Ceyms basketbol tarixinin ən böyük oyunçularından biri hesab olunur.

İdman.biz

Seçilən
37
idman.biz

1Mənbələr