AZ

AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib – Kəskin qoxunun səbəbi ARAŞDIRILIR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Gədəbəy Mineral Suları” MMC -yə məxsus “Slavyanka” sularından kəskin qoxu gəlməsi ilə bağlı şikayətlərlə əlaqədar araşdırma başladıb.

 

AQTA-dan Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Gədəbəy Mineral Suları” MMC-də yoxlamalar aparılıb.

 

“Sulardan müvafiq nümunələr götürülüb və laborator analizlərə cəlb edilib. Analizlərin nəticələri bəlli olduqda ictimaiyyətə açıqlanacaq”.

 

Qeyd: Nizamnamə kapitalı 100 AZN, qeydiyyat ünvanı isə Gədəbəy rayonu, Zəhmətkənd kəndi olan MMC-nin qanuni təmsilçisi Ramil Calal oğlu Fərzəliyevdir.

 

Aytəkin Qardaşova

Tarix: 19 Sentyabr 2025, 15:30   
Seçilən
17
4
pravda.az

6Mənbələr