AZ

Fələstin xalqının hüquqları beynəlxalq hüququn və insanlığın tələbidir - Tunç

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib ki, Fələstin xalqının legitim hüquqlarının qorunması beynəlxalq hüququn, regional sülhün və insanlığın əsas tələblərindən biridir.

TurkicWorld xəbər verir ki, nazir Tunç bu fikirləri Maltanın paytaxtı Valettada keçirilən Avropa Şurasının Ədalət Nazirləri Konfransı çərçivəsində "1959-dan Rəqəmsal Dövrə: Rəqəmsal Vasitələrlə Ədli Əməkdaşlığın Modernləşdirilməsi" mövzusunda keçirilən iclasda səsləndirib.

Tunç çıxışında bildirib ki, Qəzzada yaşanan hadisələr sadəcə bölgəni deyil, beynəlxalq hüququ da ciddi şəkildə sınağa çəkir, “Qəzzada günahsız sivillərlə birlikdə insanlıq da ölür. 7 oktyabr 2023-dən bu yana 65 mindən çox insanın öldürüldüyü bir yerdə insan hüquqlarından danışmaq mümkündürmü?”

Tunç həmçinin əlavə edib ki, bu şəraitdə uşaq, qadın və mətbuat azadlığı kimi dəyərlərdən danışmaq qeyri-mümkündür və beynəlxalq təşkilatlar bu məsələdə effektiv addımlar atmalıdır.

Nazir qeyd edib ki, hazırda beynəlxalq hüququn təsiri Qəzzada iflic vəziyyətdədir.

“Qətliamlar və soyqırım beynəlxalq qurumların təsirini zəiflədir, hüququ işləksiz hala gətirir. Bu isə beynəlxalq hüquqa olan etimadı sarsıdır.” - deyə Tunç qeyd edib.

Tunç konfrans iştirakçılarına səslənərək bildirib ki, ədalətə, hüquqa, demokratiyaya və insan hüquqlarına inanan insanlar bu haqsızlığa səssiz qalmamalıdır.

Seçilən
35
turkic.world

1Mənbələr