AZ

Bu yollar 1 sutkadan çox bağlı olacaq

İki yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti qısamüddətli olaraq məhdudlaşdırılacaq.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 20 sentyabr saat 08:00-dan 21 sentyabr saat 22:00-dək Yasamal rayonunda aşağıdakı yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq:

- Cəfər Cabbarlı küçəsində – A.A.Bakıxanov küçəsindən B.Bağırova küçəsinədək olan hissədə;

- Xarici Dairəvi avtomobil yolunun yan yolunda – Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissədə.

Qurum tərəfindən sürücülərdən və vətəndaşlardan göstərilən tarix və saatlarda qeyd olunan yol sahələrindən istifadə etməmələri və hərəkətlərini alternativ marşrutlar üzrə planlaşdırmaları xahiş olunur.

Seçilən
57
14
sitat.info

10Mənbələr