Bakı. Trend:
“Transxəzər beynəlxalq nəqliyyat marşrutu” (TBNM)assosasiyasının ofisində Yaponiyanın “Japan Center forInternational Finance” (JCIF) beynəlxalq maliyyə mərkəzininnümayəndəsi, Mərkəzi Asiya bölməsinin Strateji planlaşdırma vəidarəetmə departamentinin layihələr üzrə baş əlaqələndiricisi AkemiKitamura ilə işgüzar görüş keçirilib.
Trend bu barədəTBNM saytına istinadla xəbər verir.
Səfər TBNM assosasiyasının cari fəaliyyəti, marşrutun logistikazəncirləri, eləcə də onun dinamik inkişafını təmin edən əsasfaktorlarla tanışlıq məqsədi daşıyıb.
JCIF nümayəndəsi TBNM-in (Orta Dəhliz) beynəlxalq investorlar vədövlət qurumları üçün perspektivli əməkdaşlıq layihələrikontekstində əhəmiyyətini vurğulayaraq bildirib ki, Mərkəz hər ilbeynəlxalq maliyyə, iqtisadiyyat və maliyyə bazarlarınıntənzimlənməsi məsələləri üzrə analitik hesabatlar dərc edir.
Görüş zamanı tərəflər daşımaların dinamikasını, marşrutunrəqabət qabiliyyətinin artırılmasını, infrastruktur layihələrininreallaşdırılmasını və məhdudlaşdırıcı amillərin aradanqaldırılmasını müzakirə ediblər. Qeyd olunub ki, TBNM-ə üzvölkələrin infrastruktur təşəbbüsləri daşımaların davamlı artımınıtəmin etməyə yönəlib. Qarşıdakı illərdə yeni liman və dəmir yoluobyektlərinin istismara verilməsi, əsas qovşaqların buraxılışqabiliyyətinin genişləndirilməsi və prosedurlarınrəqəmsallaşdırılması hesabına daşımaların həcminin daha da artacağıproqnozlaşdırılır.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.