AZ

Belarus Polşanın sərhədi açacağına ümid edir – ÖZƏL

Belarus Polşanın yaxın bir həftə ərzində sərhədi açacağına ümid edir. 

Olaylar.az xəbər verir ki, bu barədə Belarus Dövlət Gömrük Komitəsinin sədri Vladimir Orlovski məlumat verib.

"Ümid edirik ki, bir həftə ərzində sərhəddəki vəziyyət həll olunacaq və Polşa biznesi öz hakimiyyətinin addımlarından zərər görməyəcək", - deyə o, BelTA agentliyinə bildirib.

Orlovski hazırda Polşa sərhədinin bağlanması səbəbindən Belarusda qalan polşalı yük maşınlarının vəziyyətinə də toxunub. Onun sözlərinə görə, normal halda yük maşınları Belarusa daxil olur, burada yarımqoşqular dəyişdirilir və ya yüklər Avrasiya İqtisadi İttifaqına məxsus nəqliyyat vasitələrinə yüklənir, daha sonra isə polşalı sürücülər ölkələrinə qayıdır.

"Polşa tərəfi sərhədi bağladıqdan sonra, polşalı yük maşınlarının geri dönməsi mümkün olmadı. Adətən onların Belarus ərazisinə giriş müddəti 10 gün müəyyən edilir. Artıq əksər maşınlar üçün bu müddət başa çatıb. Biz qərara gəldik ki, bu müddəti daha 10 gün uzadaq", - deyə Orlovski əlavə edib.

O, bildirib ki, bu müddət təxminən 27-28 sentyabrda başa çatacaq. Əgər həmin vaxta qədər sərhəd açılmazsa, yük maşınları Belarus ərazisində xüsusi meydançalara yerləşdiriləcək və qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
70
olaylar.az

1Mənbələr