AZ

AQTA-dan uşaqların qidalanması ilə bağlı ÇAĞIRIŞ

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) valideynlərə uşaqların qidalanması ilə bağlı çağırış edib.

AzEdu.az xəbər verir ki, çağırışda deyilir:

"Məktəb illəri uşaqların gələcək həyat tərzini, xüsusən də qidalanma vərdişlərini formalaşdırır.  Bu dövrdə ailə, məktəb və sosial mühit onların qida seçimlərinə təsir edir.

Təəssüf ki, bir çox məktəbli meyvə-tərəvəz əvəzinə fastfud, şirniyyat və qazlı içkilərə üstünlük verir ki, bu da artıq çəki və ümumi sağlamlıq problemlərinə səbəb yaradır.

Araşdırmalar göstərir ki, uşaqlıqda sağlam qidalanma vərdişləri böyüdükdə də davam edir. Buna görə valideynlər uşaqların menyusuna meyvə, tərəvəz, zülallı məhsullar və sağlam içkilər əlavə etməklə onların həm təhsil uğurlarına, həm də sağlam gələcəyinə töhfə verə bilərlər. 

AQTA “Sözdən əmələ keç, sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində uşaqların sağlam gələcəyini də nəzərə alaraq addımlar atır və hər kəsi bu təşəbbüsə qoşulmağa dəvət edir!"

Seçilən
21
17
azedu.az

10Mənbələr