AZ

Bir qrup Birlik əməkdaşı “Neftçilər Günü”ndə mükafatlandırılıb

20 sentyabr – “Neftçilər Günü” münasibətilə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əməkdaşlarla görüş keçirilib.

Birliyin baş direktoru Azər Məmmədov kollektivi təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Birlik rəhbəri Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin əhəmiyyətini vurğulayıb, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin müqavilənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. “Azəriqaz” İB Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov da Birlik əməkdaşlarını təbrik edib və əmək fəaliyyətində fərqlənən şəxslərin diqqətdən kənarda qalmadığını bildirib. Digər çıxış edənlər də qaz infrastrukturunda əldə olunan uğurlar və qarşıya qoyulan hədəflər barədə fikirlərini bölüşüblər. Sonda “Neftçilər Günü” münasibətilə “Azəriqaz” İB-nin bir qrup əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıb.

Seçilən
10
ikisahil.az

1Mənbələr