AZ

“Formula-1” kateqoriyasında ikinci sərbəst yürüş başa çatdı

“Formula-1” kateqoriyasında ikinci sərbəst yürüş başa çatdı.

NOCOMMENT.az xəbər verir ki, sessiyada ən yaxşı nəticəni “Ferrari” komandasının pilotu Lyuis Hemilton göstərib.

İkinci pillədə onun komanda yoldaşı Şarl Lekler, üçüncü də isə “Mercedes” komandasının üzvü Corc Rassel qərarlaşıblar.

Bununla da “Formula-1” Azərbaycan Qran-prisinin ilk günü başa çatıb.

16:01

“Formula-1” kateqoriyasında ikinci sərbəst yürüş başlayıb.

Bundan öncəki sessiyada olduğu kimi, yürüş 1 saat davam edəcək.

15:11

“Formula-2” kateqoriyasında sıralama turu başa çatdı.

Ən yaxşı nəticəni DANS komandasının üzvü Cek Krouford göstərib.

Onun ardınca “Invicta racing” komandasının üzvü Leonardo Farnaroli ikinci, “Prema racing” komandasının üzvü Qabriel Mini isə üçüncü gəlib.

15:07

“Formula-2” kateqoriyasında sıralama turunda dəhşətli qəza baş verib.

Roman Stanekin idarə etdiyi bolid Con Bennetin idarə etdiyi bolidlə toqquşub.

Nəticədə sıralama turu qırmızı bayraqla dayandırılıb və daha bərpa olunmayacaq.\\Oxu.az

Seçilən
13
1
nocomment.az

4Mənbələr