
Prezident İlham Əliyev Azərbaycan yəhudi icmasına Roş Ha-Şana bayramı münasibətilə təbrik məktubu göndərib. O, yəhudi icmasının ölkədə tolerantlıq və mehribanlıq ənənələrinin formalaşmasında mühüm rol oynadığını qeyd edib. Yəhudilər Azərbaycanda əsrlərdir digər xalqlarla sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Müasir Azərbaycanda antisemitizm, ksenofobiya və dini dözümsüzlük yoxdur. Dövlət mədəni müxtəlifliyin qorunmasını və azlıq xalqların dil və mədəniyyətinin inkişafını prioritet hesab edir. Yəhudi mənşəli vətəndaşlar cəmiyyətin bütün sahələrində fəal iştirak edir və milli həmrəyliyin güclənməsinə töhfə verir. Prezident hər kəsə xoşbəxtlik, ailələrə səadət və evlərə bərəkət arzulayıb.R.Daşdəmirova
Diqqət Çəkənlər
BDU-da Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olundu
Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başa çatıb
Suverenliyin Bərpası – Antiterror Qəhrəmanlığı