AZ

Böyük Britaniya Gürcüstan vasitəsilə Rusiyanı dəstəkləyənləri sanksiya siyahısına aldı

Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı işğalını dəstəkləyən Gürcüstana bağlı şəxslərə qarşı yeni sanksiyalar elan edib.

Editor.az xəbər verir ki, bu barədə məlumat rəsmi olaraq Böyük Britaniya hökumətinin saytında yayımlanıb.

Press-relizdə qeyd olunur ki, “Rusiya hərbi potensialı zəiflədikcə, Kremlin üçüncü ölkələrdəki vasitəçilərdən, o cümlədən Gürcüstandan öz hərbi və propagandist əməliyyatlarını dəstəkləmək üçün istifadə etdiyi müşahidə olunur.”

Yeni sanksiyalar həmin şəxslərin Böyük Britaniyaya girişi məhdudlaşdırılmasını və maliyyə aktivlərinin dondurulmasını nəzərdə tutur.

//Samir Qurbanov, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr