“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 1-ci turunun rəmzi komandasında yer alıb.
Arena.az xəbər verir ki, UEFA bu gün ÇL-in Liqa mərhələsinin 1-ci turunun ən yaxşı futbolçularından ibarət simvolik komandanı təqdim edib.
Rəmzi komandaya “Qarabağ”ın 24 yaşlı braziliyalı yarımmüdafiəçisi də düşüb.
Rəmzi komandada ümumilikdə bu futbolçular yer alıblar:
Qapıçı: Xeronimo Rulyi (“Olimpik”, Marsel, Fransa);
Müdafiəçilər: Markos Lyorente (“Atletiko”, Madrid, İspaniya), Vircil van Deyk (“Liverpul”, İngiltərə), Derrik Lyukkassen (“Pafos”, Kipr), Yussufa Myöci (“Slaviya”, Praqa, Çexiya);
Yarımmüdafiəçilər: Markus Raşford (“Barselona”, İspaniya), Hans Vanaken (“Brügge”, Belçika), Pedro Bikalyo (“Qarabağ”, Azərbaycan), Fransisko Trinkan (“Sportinq”, Lissabon, Portuqaliya);
Hücumçular: Markus Turam (“İnter”, İtaliya), Hari Keyn (“Bayern”, Almaniya).
Xatırladaq ki, UEFA-nın rəyinə əsasən, Bikalyo həm də “Benfika” – “Qarabağ” matçının (2:3) ən yaxşı oyunçusu seçilmişdi.
