AZ

AEBA ilk dəfə "Formula 1" üzrə Azərbaycan Qran-prisində nüvə təhlükəsizliyini təmin edir

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilk dəfə "Formula 1" üzrə Azərbaycan Qran-prisi"ndə nüvə təhlükəsizliyinə dəstək verir.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin saytı məlumat yayıb.

Məlumata görə, AEBA ekspertləri daha əvvəl Azərbaycanın paytaxtı Bakıda olublar.

Onlar Fransa və BƏƏ-dən olan mütəxəssislərlə birlikdə tədbirin təşkilatçıları ilə məsləhətləşib və 100-dən çox radiasiya nəzarət cihazının istifadəsini müzakirə etdilər.

"Böyük tədbirlər nüvə və digər radioaktiv materiallardan potensial istifadə edənlər də daxil olmaqla, cinayətkarlar üçün əsas hədəflərdir. Nüvə təhlükəsizliyi dəstəyimizi sürətli avtomobil idmanı dünyasına artıraraq, sayıqlıq zonamızı genişləndiririk, ölkələrə kritik boşluqları bağlamağa və əhalinin təhlükəsizliyini təmin etməyə kömək edirik", - AEBA-nın baş direktoru Rafael Mariano Qrossi vurğulayıb.

Seçilən
28
2
publika.az

3Mənbələr