AZ

“Okeanların dərinliklərində yaşayırlar” ABŞ li deputatdan yadplanetli iddiası

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-li deputat Burchett iddia edib ki, Yerdə “yadplanetli varlıqlar” mövcuddur və onlar okeanların dərinliklərindən çıxırlar.

Sherg.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının üzvü Tim Burchett, Yerdə yadplanetlilərin yaşadığını iddia edərək deyib: “Bəlkə minlərlə il əvvəl gəliblər, amma indi buradadırlar və dərin su bölgələrində mövcuddurlar.” Deputat həmçinin vurğulayıb ki, Ayın səthi haqqında məlumat okeanlardan daha çoxdur və müəyyən beş-altı dərin okean sahəsində çox sayda müəyyən edilməyən cisim müşahidə olunub.

Burchett donanma heyətindən “saatda yüzlərlə kilometr sürətlə hərəkət edən sualtı vasitələr” barədə hesabatlar aldığını, daha əvvəl isə bir admiralın ona “futbol sahəsi böyüklüyündə” bir yadplanetli gəmisindən danışdığını iddia edib. Bu açıqlamalar ABŞ ordusunun “Müəyyən Olunmayan Anomal Hadisələr” (UAP) barədə dinləməsinin keçirildiyi və Konqresdə müzakirə aparıldığı həftə sonra verilib. Oturumda Missouri deputatı Erik Burlison, Yəmən sahillərində çəkildiyi iddia edilən və bir Hellfire raketinin UAP-ə çırpıb sıçradığını göstərən bir videonu təqdim etmişdi. Lakin mütəxəssislər bildirirlər ki, bu cür görüntülər xüsusilə müharibə bölgələrində çəkildiyi üçün hərbi fəaliyyətlərdən qaynaqlana bilər. Bundan əlavə, Vaşinqtonda UFO iddiaları yeni deyil; 1940-cı illərdən bəri ABŞ siyasətində tez-tez oxşar müzakirələr aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
sherg.az

2Mənbələr