AZ

Çin yanvar-avqustda Rusiya neftinin tədarükünü azaldıb

Çin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyanın təxminən 65,76 milyon ton neftini (8,5 % az) idxal edib.

“İki sahil” xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.

İdarənin məlumatlara görə, hesabat dövründə Rusiyadan Çinə neft nəqlinin dəyəri 22,1 % azalaraq 33,4 milyard dollar təşkil edib. Azalmaya baxmayaraq, Rusiya Çinə bu resursun ən böyük ixracatçısı olaraq qalır.

Siyahıda Rusiyadan sonra Səudiyyə Ərəbistanı Çinin növbəti ən böyük neft tədarükçüsüdür və yanvar-avqust aylarında Çinə ixracını 0,5 % artıraraq 52,39 milyon tona çatdırıb. Üçüncü yerdə Malayziya (47,37 milyon ton, artım 9,7 %) qərarlaşıb. Sonrakı yerləri İraq (43,3 milyon ton), Braziliya (28,96 milyon ton) və Oman (23,54 milyon ton) tutur.

Avqustda Rusiya Çinə iyul ayına (7,94 milyon ton) nisbətən 8,7 % az neft verib. Satınalmaların dəyəri 10,3 % azalaraq 3,86 milyard dollar təşkil edib.

Seçilən
39
1
ikisahil.az

2Mənbələr