AZ

Tramp Rusiyanın Estoniya hava məkanına müdaxiləsinin böyük problem ola biləcəyini açıqlayıb  

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Estoniyanın hava məkanına müdaxiləsi ilə bağlı xəbərdar olduğunu deyib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, Ağ evdə jurnalistlərə açıqlayıb. Prezident tezliklə milli təhlükəsizlik üzrə köməkçiləri tərəfindən məlumatlandırılacağını bildirib.

“Bunun baş verməsi xoşuma gəlmir. Bu böyük problem ola bilər. Təxminən bir saatdan sonra mənə məlumat verəcəklər",- deyə Tramp əlavə edib.

Qeyd edək ki, Estoniya Xarici İşlər Nazirliyi üç rus qırıcı təyyarəsinin icazəsiz hava məkanına daxil olması və orada 12 dəqiqə qalmasına etiraz olaraq Rusiya səfirini XİN-ə çağırıb.

Seçilən
61
3
azerbaijan-news.az

4Mənbələr