MH-60 Black Hawk helikopterinin Vaşinqton ştatında qəzaya uğraması nəticəsində ABŞ ordusunun 4 əsgəri həlak olub.
Axar.az xəbər verir ki, bu barədə “Associated Press“ agentliyi məlumat yayıb.
Bildirilib ki, qəza adi təlim missiyası zamanı baş verib.
Əsgərlər gecə tapşırıqlarını yerinə yetirən 160-cı Xüsusi Əməliyyat Aviasiya Alayının tərkibində olublar.
Qəzanın səbəbləri araşdırılır, həlak olanların adları daha sonra açıqlanacaq.