AZ

İsveç Ordusu Estoniya sərhədlərini pozan Rusiya qırıcılarının fotolarını yayıb

İsveçin Silahlı Qüvvələri Estoniya sərhədlərini pozan Rusiya təyyarələrinin fotolarını yayıb.

“İki sahil” xəbər verir ki, fotoları "Reuters" agentliyi əldə edib.

KİV İsveç Silahlı Qüvvələrindən cümə günü Estoniyanın hava məkanını pozan Rusiyaya məxsus MiQ-31 qırıcı qırıcılarının bir neçə fotosunu əldə edib.

Bildirilir ki, görüntülər təyyarə Estoniya hava məkanını tərk etdikdən sonra Baltik dənizi üzərində çəkilib.

Sentyabrın 19-da Estoniya hakimiyyəti Rusiyanın üç MiQ-31 qırıcı təyyarəsi tərəfindən hava məkanının pozulduğunu açıqlayıb. Təyyarə Vayndloo adası yaxınlığında Estoniyanın hava məkanına icazəsiz daxil olub və təxminən 12 dəqiqə orada qalıb.

Daha sonra Polşa Sərhəd Mühafizə Xidməti Rusiyanı Baltik dənizində "Petrobaltic qazma platformasının təhlükəsizlik zonasını pozmaqda ittiham edib.

Seçilən
40
2
ikisahil.az

3Mənbələr