AZ

Rusiya Müdafiə Nazirliyi Estoniya hava məkanının pozulması ilə bağlı iddiaları rədd etdi

 Rusiya Müdafiə Nazirliyi Estoniya hava məkanının pozulması ilə bağlı yayılan məlumatları təkzib edib.

Musavat.com-un məlumatına görə nazirlikdən bildirilib ki, üç MiQ-31 qırıcısı Kareliyadan Kalininqrad vilayətinə planlı uçuş həyata keçirib:

"Uçuş beynəlxalq hava məkanından istifadə qaydalarına tam uyğun şəkildə icra olunub və heç bir ölkənin sərhədi pozulmayıb", – deyə qurumun açıqlamasında qeyd olunub.

Bununla yanaşı, "Reuters" agentliyi İsveç Silahlı Qüvvələrindən Estoniya hava məkanının pozulmasını təsdiqləyən fotolar əldə etdiyini bildirib.

ABŞ prezidenti Donald Tramp isə insidentə münasibət bildirərək qeyd edib: “Bu vəziyyət mənim xoşuma gəlmir və bu, böyük problemə çevrilə bilər”.

Musavat.com

Seçilən
51
musavat.com

1Mənbələr