AZ

Helikopter qəzası nəticəsində dörd hərbçi həlak olub

"MH-60 Black Hawk" helikopterinin Vaşinqton ştatındakı Luis-Makkord bazası yaxınlığında qəzaya uğraması nəticəsində ABŞ ordusunun dörd əsgəri həlak olub.

Moderator.az-ın "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, insident adi təlim tapşırığı zamanı baş verib.

Ölən əsgərlər gecə tapşırıqları yerinə yetirən 160-cı aviasiya alayının tərkibində xidmət ediblər.

Qəzanın səbəbi araşdırılır, həlak olanların adları daha sonra açıqlanacaq.

Seçilən
17
2
moderator.az

3Mənbələr